2. Müəyyən edilsin ki,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 3-cü bəndində göstərilən xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.
Anlamaq olmur ki, büdcəyə yüklənən bu sayda dövlət qurumlarının yaradılması nəyə lazmdır? Bundan əvvəl yuxarıda fərmanda əksini tapan bir sıra funksiyları həyata keçirən başqa bir
dövlət qurumunun yaradılması haqqında sərəncam da var. Yaxşı deyiblər, sürmə bol olanda qaşa da sürtərlər, göz(t)ə də...